Quantcast
Channel: TURSAM Strateji Araşdırmalar Mərkəzi » Fəaliyyət
Viewing all articles
Browse latest Browse all 10

TURSAM Çanaqqala şəhidlərinin anma mərasimində iştirak edəcək

$
0
0

TURSAM rəhbəri Əhməd Şahidov 18 Mart Çanaqqala şəhidlərinin anma mərasimlərinə dəvət alıb
Ötən ay Türkiyə və Şimali Kiprdə Xocalı ilə bağlı silsilə tədbirlər təşkil edən TURSAM Strateji Araşdırmalar Mərkəzi xaricdə keçiriləcək mərasimlərdə iştirak edəcək. Bu barədə TURSAM təşkilatının mətbuat xidmətindən məlumat verilib.
TURSAM rəhbəri Əhməd Şahidov Çanaqqala şəhidlərinin anma mərasimlərində iştirak etmək üçün Türkiyədə səfərdə olacaq. Çanaqqala valiliyinin dəvəti ilə gerçəkləşən səfər zamanı müxtəlif tədbirlər keçiriləcək, 18 Mart Çanaqqala şəhidlərinin xatirəsi yad ediləcək.
Dünyanın dörd bir yanından ictimai-siyasi xadimlərin, dövlət və hökumət adamlarının da qatılacağı anma tədbirlərində Türkiyənin rəhbər şəxsləri də iştirak edəcəklər.
Növbəti tədbir isə Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində keçiriləcək. TURSAM Strateji Araşdırmalar Mərkəzi və Kreativ Gənclər təşkilatının birgə təşkilatçılığı ilə Martın 20-də Novruz bayramı şənliyi keçiriləcək. Lefkoşanın ən məşhur hoteli olan Golden Tulip Hoteldə keçiriləcək Novruz şənliyində ŞKTC-nin rəhbər şəxsləri, ictimai-siyasi xadimləri və mətbuat nümayəndələri iştirak edəcəklər.

TURSAM Mətbuat Xidməti


Viewing all articles
Browse latest Browse all 10

Trending Articles


Xəmsə oyunu üçün suallar paketi


İbtidai icma dövrü-Video dərs


WhatsApp Plus Yukle - Yenilendi


Mikelancelo Karavacconun məşhur əsərləri


İngiltərə sülalələri haqqında


Ali hisslər


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Humray Qulamova


Xoş Gəldin Aprel Yazılı Şəkilləri


Südlü piroq resepti